Azərbaycan tarixi · Yeni dövr · XIX əsr
Neft sənayesinin inkişafı
Neft sənayesinin inkişafı
Mənbə: Anar İsayev, «Azərbaycan tarixi» hazırlıq vəsaiti (2025–2026) · PDF səh. 150–151 / §58
İşğaldan sonra neft torpaqları dövlətin mülkiyyətinə keçdi, iltizam sistemi ilə icarəyə verildi, kəndlilər məcburi əməklə işlədildi. Kapitalist inkişafın maneələri: feodal asılı münasibətlər və iltizam/məcburi əmək.
1848 Bibiheybət — dünyada ilk mexaniki üsulla quyu (ABŞ-dan 13 il əvvəl). 1864 — Balaxanı yataqlarında məcburi əmək ləğvi, muzdlu əmək. 1872 — iltizam ləğv, dövlət yataqları hərracla satıldı; neft sənayesi kapitalist xarakter aldı; milli burjuaziya (Tağıyev, Nağıyev və s.) formalaşdı.
Sürətli artım səbəbləri: rus vilayətlərində ağ neftə (kerosin) tələbat, dünya səviyyəsində neft istifadəsi, yüksək keyfiyyətli ehtiyatlar, Rusiyada neft olmaması, ucuz əmək. 1879 — Nobel qardaşları; 1880-cı illər — Rotşild; 1890-cı illər — ingilis kapitalı. 1873 — Qaraşəhərdə neft emalı zavodları.
XIX əsrin sonunda Bakı dünya neft istehsalında birinci yerdə — dünya neftinin yarısından çoxu, Rusiya neftinin 90%-dən artığı. 1893 — «Bakı Ağ Neft Zavod Sahibləri İttifaqı»; Nobel — Rockefeller «Standard Oil» ilə bazar bölgüsü.
Neft sənayesində yeniliklər
- 1848 — Bibiheybət — ilk mexaniki quyu
- 1859 — Suraxanı — ilk emal zavodu
- 1863 — Cavad Məlikov — soyuducu sistem
- 1873 — Buxar maşınları, zavod mərhələsi
- 1878 — İlk neft boru xətti; tanker «Zoroastr»
- 1880 — Cistern vaqonlar; Sabunçu–Suraxanı dəmir yolu
Tipik səhvlər
- 1848 Bibiheybət — mexaniki quyu; 1859 Suraxanı — emal zavodu!
- 1872 hərrac — iltizam ləğv; 1864 — məcburi əmək ləğvi.
- Nobel — 1879; tanker «Zoroastr» — 1878.
- Bakı XIX əsr sonu — dünya lideri, ABŞ-ı qabaqlayır.
- 1893 — neft inhisarı (ittifaq).
DİM qeydləri
- 1848 Bibiheybət, 1864 Balaxanı, 1872 hərrac.
- Nobel (1879), Rotşild, ingilis kapitalı.
- Bakı — dünya neft istehsalının lideri.
- 1878 boru xətti + «Zoroastr» tankeri.
- 1893 — ağ neft zavod sahibləri ittifaqı.