1. Əsas prinsip
Platformada yalnız üç növ material yerləşdirilir: özümüzün hazırladığımız məzmun, hüquq sahibindən yazılı icazə aldığımız material və müəllif hüququ ilə qorunmayan məlumatlar (faktlar, rəsmi sənədlər, ictimai mülkiyyətdəki əsərlər).
Üçüncü tərəfə məxsus kitab, vəsait və ya imtahan materialının nüsxəsi platformadan yayılmır və endirilmir.
2. Platformadakı məzmun
- Mövzu izahları və qayda mətnləri Novcept komandası tərəfindən yazılır. Qaydanın özü (elmi fakt, dil qaydası, düstur) heç kimin müstəsna mülkiyyəti deyil; mətn və nümunələr isə bizimdir.
- Sınaq və məşq sualları Novcept tərəfindən hazırlanır. Rəsmi imtahan materiallarına istinad ediləndə mənbə açıq göstərilir.
- AI köməkçisinin cavabları platformadakı öz materiallarımıza əsaslanır.
3. İstifadəçinin yüklədiyi material
İstifadəçi platformaya öz materialını (qeyd, şəkil, sənəd) yükləyə bilər. Belə material yalnız həmin istifadəçinin öz işi üçün emal olunur və ictimai kitabxanaya çevrilmir.
Yüklənən materialın hüququna görə məsuliyyəti onu yükləyən istifadəçi daşıyır. Hüquq pozuntusu barədə bildiriş aldıqda material dərhal çıxarılır, təkrar pozuntuda hesab bağlanır.
4. Şikayət qaydası
Əsərinizin platformada icazəsiz yerləşdirildiyini düşünürsünüzsə, support@novcept.com ünvanına yazın. Müraciətdə aşağıdakılar olmalıdır:
- Hüquq sahibinin adı və əlaqə məlumatı.
- Əsərin adı və hüququ təsdiqləyən əsas (müqavilə, nəşr məlumatı və s.).
- Platformadakı dəqiq ünvan (səhifənin linki) — hansı material barədə söhbət getdiyi.
- Materialın icazəsiz yerləşdirildiyinə dair bəyanat və müraciət edənin imzası (elektron imza da qəbul olunur).
5. Şikayətə baxılma müddəti
Müraciəti aldıqdan sonra 48 saat ərzində materialı platformadan çıxarır və nəticə barədə yazılı cavab veririk. Mübahisəli hallarda material baxış müddətində müvəqqəti bağlanır.
6. Etiraz
Materialı yerləşdirən şəxs silinmə qərarı ilə razı deyilsə, eyni ünvana əsaslandırılmış etiraz göndərə bilər. Etirazda hüququn olduğunu təsdiqləyən sənəd təqdim olunmalıdır.
7. Əməkdaşlıq və lisenziya
Nəşriyyat, müəllif və ya təhsil qurumusunuzsa və materialınızın platformada rəsmi şəkildə yer almasını istəyirsinizsə, eyni ünvana yazın. Lisenziya şərtləri (əhatə, müddət, haqq) yazılı müqavilə ilə müəyyən edilir.
8. Bizim məzmunumuz
Platformadakı mətn, sual, dizayn və proqram təminatı Novcept-ə məxsusdur. Şəxsi hazırlıq üçün istifadəyə icazə verilir; kütləvi surətdə çıxarmaq, satmaq və ya başqa platformada yerləşdirmək üçün yazılı razılıq lazımdır.